Karateçilərimiz Dubayda yarışacaq

17:15 6 Aprel 2016

Azərbaycan karateçiləri 8-10 aprel tarixlərində Dubayda növbəti Karate1 Premyer Liqa turnirində iştirak edəcəklər. 

 

Sportarena.az xəbər verir ki, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhəbrliyi ilə Birləşmş Ərəb Əmirliklərində "Al-Ahli Dubai Open"ə 11 nəfərlik heyət yollanıb.

 

Kumite yarışlarında Firdovsi Fərzəliyev (-60 kq), Niyazi Əliyev (67 kq), Rafael Ağayev (-75 kq), Ayxan Mamayev (-84 kq), Şahin Atamov və Orxan Heydərli (+84 kq), İlahə Qasımova (-55 kq) və İrina Zaretska (- 68 kq) mübarizə aparacaq. Kata çıxışlarına isə Roman Heydərli ilə Rafiq Əmirov qatılacaq. Onlardan başqa Karate1 Premyer Liqasında ilk dəfə fiziki qüsurlu idmançımız Sahib Əhədov tatamiyə çıxacaq.

 

Dubaydakı nüfuzlu yarışa komanda ilə birgə federasiyann birinci vitse-prezidenti Rəhman Hətəmov, məşqçilərdən Seymur Hüseynovla Vahid Ayvazov, beynəlxalq hakimlərdən isə Rənad Əliyev də yola düşüb. "Al-Ahli Dubai Open" həmçinin milli komandamızın mayın əvvəlində Fransada 51-ci Avropa çempionatı qabağı son sınaq yarışıdır. 


Digər xəbərlər

Xəbər xətti