Cüdo üzrə açıq birincilik keçirilib

23:08 6 Aprel 2016

Təhsil Nazirliyinin dəstəyi ilə 2 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) 2002-ci, 2003-cü, 2004-cü il təvəllüdlü yeniyetmələr arasında cüdo üzrə açıq birincilik keçirilib.

Yarışda on klubdan 150-dən çox cüdoçu öz gücünü sınayıb.

Birinciliyin keçirilməsinin əsas məqsədi perspektivli idmançıları üzə çıxarmaq, yeniyetmələrin asudə vaxtının səmərəli təşkilinə dəstək vermək, uşaqları sağlam həyat tərzinə cəlb etmək, yerli və beynəlxalq yarışlara idmançılar hazırlamaq və onların yarış təcrübəsini artırmaqdır.

Yarışın açılış mərasimində RİOEUGİM-in direktoru Zabil Orucov iştirakçılara uğurlar arzulayıb.

Qaliblər diplom, kubok, medal və xatirə hədiyyələri ilə təltif olunublar. 


Digər xəbərlər

Xəbər xətti