UEFA-nın ofisinə polis basqını

00:09 7 Aprel 2016

İsveçrə hüquq müfahizə orqanları UEFA Çempionlar Liqası yayım haqları müqaviləsinin Panama sənədləri arasında çıxması səbəbilə İsveçrənin Nyon şəhərində yerləşən UEFA-nın mərkəzi ofisinə basqın edib.

UEFA 2006-cı ildə “Cross Tading” adlı ofşor şirkəti ilə bağladığı və həmin dövrdə UEFA-da direktor olan FIFA-nın hazırki prezidenti Canni İnfantionun da imzası olan yayım haqları müqaviləsində qanunauyğunsuzluğa yol verildiyi iddiası ilə İsveçrə polisi UEFA-nın mərkəzi ofisinə basqın edərək, axtarış həyata keçirib.

FIFA prezidenti İnfantino verdiyi açıqamada ittihamları rədd edərək bildirib ki, “Cross Trading şirkəti və şirkət rəbhərli ilə heç vaxt təmas qurmamışam. UEFA-ın və mənim səhivimi göstərən heç bir sübut yoxdur”.


Digər xəbərlər

Xəbər xətti