"Traktor Sazi"nin oyununda Azərbaycana dəstək - VİDEO

00:27 7 Aprel 2016

Asiya Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turunun oyunları keçirilib.

Sportarena.az xəbər verir ki, Təbrizin "Traktor Sazi" klubu öz meydanında Özbəkistanın "Paxtakor" klubunu qəbul edib. Oyun 2:0 hesabı ilə Təbriz klubunun xeyrinə başa çatıb.

Oyun zamanı "Ya ölüm, ya Qarabağ", "Qarabağ bizimdir, bizim olacaq!", "Şəhidlər ölməz, vətən bölünməz", "Təbriz, Bakı, Ankara, biz gedirik Qarabağa" şüarları səsləndirilib, plakatlar qaldırılıb. Habelə, azarkeşlər "Sən yaşa, Azərbaycan" mahnısını xorla oxuyub.

Klubun facebook səhifəsində yer alan məlumata görə, oyundan sonra azarkeşlərdən bir qismi polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, bu oyundan sonra 9 xal toplayan qrupdakı birinciliyini bərkidib. "Paxtakor" isə 4 xalla 3-cü pillədə qərarlaşıb.(report.az)

 


Digər xəbərlər

Xəbər xətti