PSJ "Mançester Siti" ilə cavab matçına ciddi itki ilə çıxacaq

12:57 7 Aprel 2016

PSJ Çempionlar Liqasının 1/4 finalında "Mançester Siti" ilə cavab qarşılaşmasına ciddi itki ilə çıxacaq.

 


Sportarena.az xəbər verir ki, komandanın müdafiəçisi David Luiz sarı vərəqə limitini doldurub. Bu səbəbdən cəzalı duruma düşən D.Luis cavab oyununda iştirak edə bilməyəcək.

 

Qeyd edək ki, dünən keçirilən PSJ - "Mançester Siti" görüşü 2:2 hesabı ilə başa çatıb.


Xəbər xətti