AFFA təsdiqlədi: İtaliyanın əfsanəvi futbolçusu Bakıya gəlir

15:10 7 Aprel 2016

Xəbər verdiyimiz kimi, Bakı Olimpiya Stadionunda UEFA U-17 Avropa çempionatı Azərbaycan 2016-nın püşkatma mərasimi keçiriləcək. 

 


Sportarena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, püşkatma mərasimində qonaq qismində İtaliya futbolunun tanınmış nümayəndəsi, Avropa çempionatının gümüş mükafatçısı, UEFA Çempionlar Liqasının, 5 dəfə İtaliya çempionatının və kubokunun, 3 dəfə İtaliya Superkubokunun qalibi olmuş, "İtaliya Respublikası qarşısında xidmətlərinə görə" ordeninin Kavaleri, karyerası ərzində “İnter”, “Fiorentina” kimi klubların formasını geyinmiş Françesko Toldo da iştirak edəcək.  


Qeyd edək ki, püşkatma sabah, Bakı Olimpiya Stadionunda keçiriləcək. 


Digər xəbərlər

Xəbər xətti