Hollandiya millisinin Bakıya gələcək heyəti müəyyənləşdi

16:29 7 Aprel 2016

Futzal üzrə Hollandiya yığması dünya çempionatının "pley-off" mərhələsinin cavab oyunu çərçivəsində Azərbaycan milli komandası ilə keçirəcəyi görüş üçün heyətini açıqlayıb. 

Siyahıda 14 futzalçının adı yer alıb.
Bunlar Tevfik Ceyar, Mohamed Darri, Jamal Əl-Qannuti, Manuel Kuyk, Ennes van Masbommel, Mohamed Attaibi, Amir Molkarai, Mats Velsebur, Anes Besliya, Yoşua Sent Juste, Zakaria Amrani, Karim Mossaui, Said Buzambu və Zaid Əl-Morabitidir.
Qeyd edək ki, aprelin 12-də Bakı İdman Sarayında keçiriləcək qarşılaşma saat 20:00-da başlanacaq. İlk görüşdə Azərbaycan millisi 5:1 hesabı ilə qalib gəlib. İki oyunun nəticəsində qalib komanda 10 sentyabr - 2 oktyabrda Kolumbiyada təşkil olunacaq dünya çempionatına vəsiqə qazanacaq.
 


Digər xəbərlər

Xəbər xətti