"Xəzər Lənkəran"dan alqışalayiq addım - FOTOLAR

19:00 7 Aprel 2016

Bu gün Lənkəranda daha bir şəhid gizir Ağayev Rusif torpağa tapşırılıb.
Sportarena.az xəbər verir ki, şəhidin dəfn mərasimində Lənkəran camaatı ilə birgə "Xəzər Lənkəran" klubunun əsas komandasının futbolçuları və məşqçi heyəti də iştirak ediblər.

Bu barədə məlumat əldə etmək üçün klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq. Klub nümayəndəsi bu addımlarını reklam üçün etmədiklərini vurğuladı:

"Bu barədə məlumatı nə "Facebook", nə də rəsmi saytımızda yerləşdirməmişik. Çünki biz bunları reklam üçün etmirik ki, aləmə car çəkək. Bugünki dəfn mərasimində iştirak etməyimiz və "Qarabağ"la oyuna futbolçuların hərbi geyimdə çıxması bizim borcumuz idi.


Digər xəbərlər

Xəbər xətti