Qadın güləşçimiz dünya reytinqində 1-ci oldu

21:57 7 Aprel 2016

Dünya Güləş Birliyi 2016-cı ilin mart ayında keçirilən yarışların nəticəsinə əsasən, qadın güləşi üzrə yeni reytinq siyahısını açıqlayıb. 

 


Sportarena.az xəbər verir ki, qadın güləşçilərin reytinq sıralamasında 7 güləşçimizin adı var. 

 

5-ci dəfə Avropa çempionu tituluna yiyələnən Mariya Stadnik reytinq siyahısında liderliyini möhkəmləndirib. Avropa çempionatının 60 kq çəkidə bürünc medalına yiyələnən Yuliya Ratkeviç 58 kq çəkinin reytinq siyahısında bir pillə yüksələrək 5-ci olub. Ötən ayın reytinq siyahısında 55 kq çəkidə 9-cu mövqedə qərarlaşan Avropa çempionatında 58 kq-da qızıl medal qazanan Nataliya Sinişin 7-ci sıraya yüksəlib. U-23 Avropa çempionatının qalibi Tatyana Omelçenko da reytinqdəki mövqeyini yaxşılaşdırıb. 10 pillə yüksələn güləşçimiz 9-cu sırada qərarlaşıb. 

 

48 kq
1. Mariya Stadnik - Avropa çempionatı 1-ci yer (1)

 

53 kq 
8. Anjela Doroqan - Kiyev turniri 2-ci yer (5)

 

55 kq 
18. Alyona Kolesnik - U-23 AÇ 2-ci yer (18)

 

58 kq
5. Yuliya Ratkeviç - Avropa çempionatı 3-cü yer (60 kq) (6)
7. Nataliya Sinişin - Avropa çempionatı 1-ci yer (9 @ 55 kq)

 

60 kq 
9. Tatyana Omelçenko - U-23 AÇ 1-ci yer (19)
16. İrina Netreba - Polşa turniri 3-cü yer (8)

 

Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.


Digər xəbərlər

Xəbər xətti