Samir Məsimov təkzib etdi: "Bunlar hamısı yalandır!"

10:29 8 Aprel 2016

Son günlər Sloveniyanın "Domjale" klubunda çıxış edən azərbaycanlı yarımmüdafiəçisi Samir Məsimovun  "Neftçi"yə qayıdacağı barədə məlumatlar yayılmışdı.
 


Sportarena.az xəbər verir ki, futbolçu şəxsi "facebook" səhifəsində yayılan məlumatları təkzib edərək, bunları qeyd edib:
 

"Axşamınız xeyir! Son vaxtlarda bir çox idman saytları yazırlar ki, güya mən "Neftçi"yə qayıtmaq istəyirəm. Bunların hamısı yalandır! Məndə hər şey yaxşıdır. Burada məndən razıdırlar. Məşq edirəm, inkişaf etməyə çalışıram ki, irəli gedim. Mənə görə narahat olan hər kəsə təşəkkürümü bildirirəm".


Xəbər xətti