Elxan Məmmədov: "Bəziləriniz bura yenidən qayıdacaqsız"

12:56 8 Aprel 2016

“17 yaşadək futbolçular arasında Avropa çempionatı mühüm tarixə malikdi. Davamlı olaraq, burdan tanınmış futbolçular çıxıb”. 


Sportarena.az xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
 


17 yaşadək futbolçular arasında Avropa çempionatının gələn ay Azərbaycanda keçiriləcək final mərhələsinin püşkatma mərasimində çıxış edən qurum rəsmisi yarışın əhəmiyyətindən danışıb: “Əminəm ki, Bakıdakı yarışdan illər sonra da belə ulduzları görəcəyik. Gələcəyin böyük futbolçularını birgə izləmək imkanı qazanacağıq. Hər bir arena üçün bu turniri qəbul etmək böyük prestijdi. Əziz qonaqlar, istəyirəm ki, həm də şəhərimizi çıxıb gəzəsiz. Əminəm ki, bəziləriniz bura qayıdacaqsız. Çünki Azərbaycan AVRO-2020-nin 4 oyununu qəbul edəcək”.(apasport)


Xəbər xətti