Emil Balayev yenidən əməliyyat olunacaq

21:49 8 Aprel 2016

Almaniyanın "Ayntraxt" klubunun azərbaycanlı qapıçısı Emil Balayev yenidən sıradan çıxıb. O, son məşqlərin birində dizindən zədə alıb.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu buna görə əməliyyat olunmalıdır. Əslində, zədənin çox da ciddi olmadığı bildirilir. Lakin Emil buna görə bir müddət oynaya bilməyəcək.

 

Qeyd edək ki, ötən ili zədə səbəbiylə buraxmalı olan Balayev yanvar ayından sonrakı dövrdə də məşqçilər korpusunun etimadını qazana bilməyib. 


Digər xəbərlər

Xəbər xətti