"İnter" AZAL-ı məğlub etdi, "Sumqayıt" doğma meydanda 1 xal qazandı - YENİLƏNİB

17:56 9 Aprel 2016

Azərbaycan Premyer Liqasında XXIX turun oyunları davam edir.


Sportarena.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutacaq.


Son oyunda "Kəpəz"i məğlub edən AZAL klubu, bu gün səfərdə "İnter"in qonağı olacaq. Avrokuboklara getmələrinə qadağa qoyulsa da, Premyer Liqada iddialı oyunu ilə seçilən "İnter" isə bu oyunda qələbə qazanıb 3-cü pillədə yerini möhkəmləndirməyə çalışacaq.

 

Günün növbəti oyunu "Sumqayıt"da keçiriləcək. Son turda hər iki komandanın xal itirdiyini nəzərə alsaq, bu gün meydanda gərgin mübarizəyə şahid olacağımızı deyə bilərik. "Kəpəz"in xal itirməsindən yararlanmağa çalışan "Qəbələ" bu gün 3 xalı qazanıb, avrokuboklara getmək şansını bir az da artırmağa çalışacaq.

 


9 aprel

Azərbaycan Premyer Liqa, XXIX tur

14:00. "Sumqayıt" – "Qəbələ"  1:1

Qollar:   Aleksey Qay, 66, (0:1), Pərdis Fərcad-Azad (p.), 85, (1:1)
Hakimlər: Ömər Paşayev, Elman Musayev, Vüqar Bayramov, Rəvan Həmzəzadə 
"Kapital Bank Arena".

 

16:00. "İnter" – AZAL  1:0

Qol:  Vuqar Nadirov, 65, (1:0)
Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Kamran Bayramov, Fariz Yusifov 
"İnter Arena".


Xəbər xətti