"Onlar peşəkardılar, maaş alırlar" – Zaur Svanadze

19:23 9 Aprel 2016

“Bu gün yaxşı oynadıq. Belə çətin matçdan 3 xal qazandığımıza görə şadam”. 

 

Sportarena.az xəbər verir ki, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.
 

 

Azərbaycan Premyer Liqasının XXIX turunda AZAL-ı qəbul edən “bankirlər” Vüqar Nadirovun ikinci hissədə vurduğu yeganə qol sayəsində qələbə qazanıb.
 

Qarşılaşmadan sonrakı mətbuat konfransında fikirlərinə şəhid olan əsgərlərimizə görə Azərbaycan xalqına başsağlığı verməklə başlayan gürcüstanlı mütəxəssis zədəlilərlə bağlı da məlumat verib: “UEFA-nın məlum sanksiyasından sonra futbolçuları oyuna motivasiya etmək çətin deyil. Onlar peşəkardılar, maaş alırlar. O ki qaldı zədəlilərin durumuna, Nizami Hacıyev müalicə alır, Qara Qarayev komanda ilə məşq edir. Kamran Ağayev hələ 2 həftə müalicə almalıdı. Rauf Əliyev isə formaya düşmək üçün əvəzedici komandada meydana çıxır. Onun fiziki hazırlığı yerindədi. 2-3 turdan sonra əsas komanda ilə meydana çıxacaq”.(apasport.az)


Digər xəbərlər

Xəbər xətti