Roman Qirqorçuk: "Ona futbolçu kimi hörmətim var"

10:30 10 Aprel 2016

Azərbaycan Premyer Liqasının XXIX turunun “Sumqayıt” – “Qəbələ” oyunundan (1:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. 


Sportarena.az ukraynalı mütəxəssisin fikirlərini təqdim edirik:

“Bu gün qələbəyə rəqibdən daha yaxın idik. İlk yarıda qol vurmaq imkanımız olsa da, boş qapıya düşə bilmədik. Futbolçulara baxanda üzülürəm. Onlar gözlərində yaş, hakimlərin belə hörmətsizliyini başa düşə bilmirlər. Yetirmələrimi müdafiə etmək istəsəm də, bunu necə edəcəyimi bilmirəm. Əsas səbəb bu olmasa da, susa bilmirəm. Bu çempionatda 10-a yaxın belə matç saymaq olar. Başa düşürəm ki, futbolda hər şey olar. Lakin bu, sistematik olaraq təkrarlana bilməz. Futbolçuların durumunu sözlə ifadə etmək çətindir. Xal itirməyimizin bütün səbəblərini hakimliklə izah etməzdim. Futbolçuların psixoloji durumunu da nəzərə almalıyıq. Gənclərdən danışmıram, çünki hətta təcrübəli Aleksey Qay da baş verənlərdən şokdadır. Futbolçulara həqiqətən də çətindir. Tənqidi öz üzərimə götürməyə, sinəmi futbolçuların qarşısına verməyə hazıram. Əvəzedici heyətdən oyunçuları məşqlərə cəlb edib, yoxlayırıq. Ehtiram Şahverdiyevi 3-4 dəfə dəvət etmişik. Əvvəlkindən fərqli, daha yaxşı təsir bağışlayır. Onu bu gün meydana da buraxmağa hazır idik. Sahil Mirzəyev də daim inkişaf edir. Ruslan Abışovu meydana buraxmamaq onunla problem olması anlamına gəlməməlidir. Ona futbolçu kimi hörmətim var. Pavel Paşayevə gəlincə isə, onu “18-liy”ə daxil ediriksə, deməli güvənirik və istənilən an oyuna daxil ola bilər. Onu yoxlayıb, komandaya götürmüşük”.


Digər xəbərlər

Xəbər xətti