"Neftçi" və "Zirə" səfərdə sevindi - YENİLƏNİB

18:22 10 Aprel 2016

Bu gün Azərbaycan Premyer Liqasında XXIX turun son oyunları keçiriləcək. 


Sportarena.az xəbər verir ki, XXIX turun bugünkü oyunlarında iki qarşılaşma reallaşacaq.


Premyer Liqanın autsayderi "Rəvan" bu gün doğma meydanda debütant "Zirə"ni qəbul edəcək. Son matçda "Neftçi"ni məğlub etmiş "Rəvan" klubu, doğma meydandan əliboş ayrılmaq niyyətində deyil. 

 

Günün və turun son matçı isə Lənkəranda baş tutacaq. Burada yerli "Xəzər Lənkəran" "Neftçi"ni qəbul edəcək. Cari mövsüm ərzində uğurlu nəticələr əldə edə bilməyən hər iki komanda, qarşı-qarşıya gəldikdə ən gözəl oyunlarını göstərməyə çalışacaqlar. "Böyük oyun" adı verilən bu matçda hər iki komanda bu qarşılaşmanın "böyük" olduğunu sübut etməyə çalışacaqlar.

Qeyd edək ki, "Rəvan" - "Zirə" matçı saat 14:00-da, "Böyük oyun" isə saat 16:30-da start götürəcək.

10 aprel

Azərbaycan Premyer Liqa, XXIX tur

14:00. “Rəvan” – “Zirə”  0:4

Qollar:  Tato, 16, (0:1), Nelson Bonilla, 53, (0:2),, 57, (0:3), 90+ (0:4)
Hakimlər: Ramil Diniyev, Namiq Hüseynov, Nahid Əliyev, Ramil Əhmədov 
“Bayıl Arena”.

 

16:30. “Xəzər Lənkəran” – “Neftçi” 0:1
Qol: Ruslan Qurbanov 40

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mahir Məmmədov 
“Xəzər Lənkəran” mərkəzi stadionu.


Digər xəbərlər

Xəbər xətti