Elbrus Məmmədov: "... qol oyundankənar vəziyyətdən vuruldu"

18:33 10 Aprel 2016

Azərbaycan Premyer Liqasının 29-cu turunda "Neftçi"yə 0:1 hesabı ilə məğlub olan "Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov oyundan sonra məğlubiyyəti şərh edib.
Sportarena.az xəbər verir ki, Məmmədov "Netçi"nin qolunda oyundankənar vəziyyət olduğundan şübhələndiyini vurğulayıb:
"Məğlubiyyətimizə səbəb mudafiədəki səhlənkarlıq oldu. Bir səhv və qapımızda qol gördük. Birinci hissədə vəziyyətlərimiz oldu dəyərləndirə bilmədik. Çalışdıq ikinci hissəni də hücumda keçirək. Amma yorğunluq imkan vermədi. Qol epizodunda şübhələrim var. Düşünürəm ki, qol oyundankənar vəziyyətdən vuruldu. Videogörüntülərə baxandan sonra biləcəm."


Digər xəbərlər

Xəbər xətti