Boksçumuz məğlub oldu

22:15 10 Aprel 2016

Türkiyənin Samsun şəhərində boks üzrə Rio Olimpiya Oyunlarına Avropa qitəsi üzrə lisenziya xarakterli turnir davam edir. 


Sportarena.az xəbər verir ki, bu gün rinqə çıxan 75 kq-da mübarizə aparan Kamran Şahsuvarlı fransalı Kristan Embilli ilə qarşılaşıb. Gərgin keçən döyüş idmançımızın məğlubiyyəti ilə yekunlaşıb. 


Qeyd edək ki, dünən yarışın ilk günündə qadın idmançılarımızdan 51 kq-da mübarizə aparan Anaxanım Ağayeva rəqibinə məğlub olsa da, 60 kq çəki dərəcəsində döyüşən Yana Alekseyevna qalib gələrək növbəti mərhələyə yüksəlib. 

 

Xatırladaq ki, turnirə aprelin 17-də yekun vurulacaq.


Xəbər xətti