İdmançılarımız Almaniyada 2 gümüş qazandı

10:50 11 Aprel 2016

Həftəsonu Berlində (Almaniya) idman gimnastikası üzrə gənclər arasında “Junior-Team-Cup” adlı 21-ci beynəlxalq turnir keçirilib.

 

Sportarena.az xəbər verir ki, bu turnirdə Azərbaycanı gənc gimnastlar – Murad Ağarzayev, Ağamurad Qəhrəmanov, Səməd Məmmədli və Sergiy Onbış təmsil ediblər. Qeyd edək ki, Murad Ağarzayevdən başqa, bu digər 3 idmançının beynəlxalaq arenada debüt çıxışı olub.

 

2002-ci il təvəllüdlü gimnastların yaş qrupunda çıxış edən Səməd Məmmədli sərbəst hərəkətlər və dəstəli at üzərində finalda 2 gümüş medal qazanıb. O, həmçinin, turnik üzərində hərəkətlərin finalında 4-cü yerə layiq görülüb. Səməd halqa və dayaqlı tullanma üzrə finalda isə 6-cı yerdə qərarlaşıb.

 

Ağamurad Qəhrəmanov və Sergiy Onbış isə 2001-ci il təvəllüdlü gimnastların yaş qrupunda çıxış ediblər. Sergiy dayaqlı tullanma üzrə finala vəsiqə qazanıb və 5-ci yeri tutub. Ağamurad isə parallel qollarda üzərində final çıxışında 5-ci olub.

 

Ölkəmizi daha böyük yaş qrupunda təmsil edən gimnast Murad Ağarzayev dayaqlı tullanma üzrə finalda çıxış edərək, 5-ci yerdə qərarlaşıb.


Xəbər xətti