Millidəki "day-day"lı futbolçudan danışan Böyükağa Hacıyevə sərt cəza

15:54 11 Aprel 2016

AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev dilinin badına gedib. 

 

Sportarena.az xəbər verir ki, federasiya rəhbərliyi "Neftçi"nin keçmiş baş məşqçisinə Robert Prosineçki və millinin futbolçuları barədə danışmağı qadağan edib. Səbəb "Xəzər"TV-nin efirində gedən populyar "Futbol saatı" proqramında Pavel Paşayev haqda söylədikləridi. 

 

"Zəif" bu qış fasiləsində "Qəbələ"yə cəlb olunan və oynamaq şansı qazanmayan müdafiəçinin yığmaya tapşırıqla çağırılmasını iddia etmişdi. Bildirmişdi ki, klubunda praktika toplamayan Pavelin "day-day"ı var və o, bu vasitəilə ölkənin bir nömrəli komandasına dəvət alır. 

 

Bu açıqlamaya görə AFFA-da iclas keçirilib. Hacıyevə xəbərdarlıq olunub ki, danışdıqlarına diqqət eləsin, ağzına gələni danışmasın. Qurum mənsublarını o yandırıb ki, "Zəif" növbəti dəfə onları aldadıb.
 

 

Sən demə, Hacıyev efirə çıxmazdan öncə federasiya rəsmilərinə telefon açaraq, "axşam verilişə baxarsız, hələ heç kim Prosineçkini mənim kimi belə dəstəkləməyib" deyib. Dediyi kimi ediblər və bir də onda ayılıblar ki, Hacıyev "Futbol saatı"nda "quşxana"nın qapısını açıb…(sportinfo.az)


Xəbər xətti