Millimiz Makedoniya və Kanada yığması ilə qarşılaşacaq - RƏSMİ

17:55 11 Aprel 2016

Azərbaycan milli komandasının mayın 23-dən iyunun 4-dək Avstriyada təşkil olunacaq təlim-məşq toplanışı çərçivəsində daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib.

 

Sportarena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, millimiz mayın 29-da Makedoniya yığması ilə qarşılaşacaq.

 

Xatırladaq ki, futbolçularımız hazırlıq prosesi çərçivəsində iyunun 3-də Kanada yığması ilə də yoldaşlıq oyunu keçirəcək.


Xəbər xətti