Millimiz dünya çempionatının final mərhələsinə vəsiqə qazandı - YENİLƏNİB

21:40 12 Aprel 2016

Bu gün futzal üzrə milli komandamız dünya çempionatının final mərhələsinə vəsiqə verən "pley-off"un cavab görüşünə çıxacaq.

 

Sportarena.az xəbər verir ki, ilk oyunda Hollandiyaya 5:1 hesabı ilə qalib gələn milli komandamız oyunun aşkar favoriti hesab olunur. Yığmamız bu matçdan sərfəli nəticə ilə ayrılacağı təqdirdə, tarixində ilk dəfə dünya çempionatının final mərhələsində oynamaq hüququ əldə edəcək.

 

12 aprel

Dünya çempionatının pley-off mərhələsi, cavab oyunu

20:00. Azərbaycan - Hollandiya  4:4

Qollar: Rizvan, 11, (1:0), Keyar, 14, (1:1), Amadeu, 15, (2:1), Velseboer, 16, (2:2), Eduardo, 20, (3:2), Mossoui, 25, (3:3), Rafael, 26, (4:3), Attaibi, 27, (4:4)
Hakimlər: Cerald Bauemfeind (Avstriya), Oleq İvanov (Ukrayna), Moshe Bohbot (İsrail)
İlk oyun - 5:1


Xəbər xətti