Futbolçulardan qeyri-adi aksiya - FOTO

11:33 12 Aprel 2016

Kolumbiya çempionatında futbolçular oturaq etiraz aksiyası keçiriblər. 


Bu addım ölkə rəhbərliyinin elektrik enerjisinə qənaət məqsədilə gündüzlər oyun keçirmə qərarına cavab olaraq atılıb.

 

Aksiya yüksək liqa oyunlarının keçirildiyi 8 böyük stadionda olub və bir neçə dəqiqə davam edib. Futbolçuların fikrincə, qərar qəbul olunarkən, qızmar gün altında oynamağın həyat üçün təhlükəli olduğuna əhəmiyyət verilməyib.

 

Qeyd edək ki, Kolumbiya prezidenti Xuan Manuel Santos ölkə vətəndaşlarını elektrik enerjisinə qənaət proqramına dəstək olmağa çağırıb.


Digər xəbərlər

Xəbər xətti