Rövnəq Abdullayev: "Bu uğur Azərbaycanda futbolun inkişafına təkan verəcək"

22:40 12 Aprel 2016

"Futzal üzrə Azərbaycan milli komandasının Kolumbiyada keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazanması Azərbaycanda futbolun inkişafına daha da təkan verəcək".

Sportarena.az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bunu jurnalistlərə açıqlamasında AFFA-nın prezidenti Rövnəq Abdullayev bildirib.

"Bu bizim üçün böyük qələbədir. İndiyə qədər bizə dünya çempionatında oynamaq nəsib olmamışdı. İnanıram ki, bu uğur Azərbaycanda futbolun inkişafına daha da təkan verəcək".

Qeyd edək ki, bu gün Azərbaycan millisi futzal üzrə dünya çempionatının "play-off" mərhələsinin cavab görüşündə Hollandiya yığması ilə qarşılaşıb. Matç 4:4 hesabı ilə başa çatsa da, ümumi nəticədə (9:5) qalib olan yığmamız final mərhələsinə vəsiqə qazanıb.


Digər xəbərlər

Xəbər xətti