Emil Balayev üçün mövsüm bitdi

11:55 13 Aprel 2016

Bundesliqada çıxış edən "Ayntraxt" klubunun azərbaycanlı qolkiperi Emil Balayev zədələnib.

 

Sportarena.az xəbər verir ki, 22 yaşlı qolkiper komandasının məşqində zədələnib.
 
Qolkiperin hansı müddətə sıradan çıxdığı məlum deyil. Lakin ilkin ehtimala görə, o, mövsüm sonunadək meydana çıxa bilməyəcək.
 


Qeyd edək ki, Emil Balayev "Ayntraxt"ın heyətində Bundesliqada hələ debüt etməyib.


Digər xəbərlər

Xəbər xətti