Bokusçu uduzduğu döyüşdən sonra öldü - VİDEO

12:08 13 Aprel 2016

MMA döyüşçüsü Joau Karvalyu TEF 1 axşamında Çarli Uorda üçüncü raundda texniki nokautla məğlub olub.

 

Sportarena.az xəbər verir ki, idmançıda döyüşdən sonra ciddi zədələnmə aşkarlanmasa da, soyunma otağında Karvalyuda dəhşətli baş ağrıları baş verib. 

 

Xəstəxanaya çatdırılan Karvalyu əməliyyat edilib. Əməliyyatdan sonra vəziyyəti ağır olan idmançı bu axşam dünyasını dəyişib.


Digər xəbərlər

Xəbər xətti