Kərim Benzema Fransa millisində oynamayacaq

21:05 13 Aprel 2016

İspaniyanın "Real" klubunun və Fransa yığmasının hücumçusu Kərim Benzema "Avro-2016"da milli komandanın heyətində oynamayacağını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə futbolçu şəxsi "facebook" hesabında yazıb. O, paylaşdığı yazıda "Avro-2016"da Fransa millisində oynamayacağını bildirib:


"Mənə həmişə dəstək olan insanlara təəssüflə bildirmək istəyirəm ki, "Avro-2016"da Fransa millisində oynamayacam".


Xatırladaq ki, o, dekabr ayında "Lion" klubunda forma geyən Matye Valbuenanı şantaj etdiyinə görə millidən kənarlaşdırılmışdı. Bu səbəbdən komandanın Rusiya və Hollandiya millisi ilə keçirdiyi yoldaşlıq matçlarında da Fransa yığmasının heyətinə daxil edilməmişdi.


Qeyd edək ki, futbolçu 2008-ci ildən Fransa millisinin heyətində çıxış edir. O, Fransa millisinin heyətində çıxdığdı 55 matçda 18 qol və 26 məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti