3 boksçumuz yarımfinalda

00:07 14 Aprel 2016

Türkiyənin Samsun şəhərinde Avropa qitəsi boksçularının lisenziya xarakterli turniri davam edir. 

 

Sportarena.az xəbər verir ki, 64 kq çəki dərəcəsində qüvvəsini sınayan Lorenso Sotomayor yunanıstanlı Aleksandros Tsanikidislə qarşılaşıb.


Avropa Oyunlarının qalibi olan idmançımız rəqibini məğlub edərək yarımfinala yüksəlib. 81 kq çəki dərəcəsində döyüşən Teymur Məmmədov isə türkiyəli rəqibi Mehmet Ünala uduzaraq yarımfinala yüksələ bilməyib. Ən ağır çəkidə ölkəmizi təmsil edən ikiqat dünya çempionumuz Məhəmmədrəsul Məcidov italiyalı Quido Vianelloya qalib gələrək yarımfinala adlayıb.


Qadın idmançımız - 60 kq çəki dərəcəsində çıxış edən Yana Alekseyevna 1/4 finalda isveçli Anye Aleksiussonla döyüşdə qələbə qazanaraq yarımfinala yüksəlib.


Digər xəbərlər

Xəbər xətti