Azərbaycan Xüsusi Olimpiya Komitəsinin ikinci milli oyunlarına badminton yarışları ilə start verilib

19:24 14 Aprel 2016

Azərbaycan Xüsusi Olimpiya Komitəsinin ikinci milli oyunlarına badminton yarışları ilə start verilib. Yarışların ümumi komanda hesabında qalibləri mükafatlandırılacaqlar.

İkinci milli oyunların açılış mərasimi aprelin 30-da saat 15.00-da Xəzər rayonundakı Şağan Olimpiya İdman Kompleksində keçiriləcək.

Milli oyunlar çərçivəsində 8 idman növü üzrə keçiriləcək yarışlarda komitənin Bakı-Abşeron, Gəncə, Sumqayıt, Lənkəran, Şəki, Göyçay və Salyan regional filiallarının komandaları iştirak edəcəklər.

Yarışların nəticələri barədə məlumatı komitənin saytından və feysbuk səhifəsindən əldə etmək mümkündür. 


Digər xəbərlər

Xəbər xətti