Tahir Gözəl: "Yeganə klub "Qarabağ"dır ki, bayrağı var, torpağı yoxdur"

15:49 14 Aprel 2016

“Qarabağ” klubunun prezidenti Tahir Gözəl son günlər cəbhə xəttində baş verən hadisələrə münasibət bildirib.

Sportarena.az xəbər verir ki, klub prezidenti Qarabağ adının futbolda da yaşadılmasının əhəmiyyətindən bəhs edib: “Yaxın zamanlarda çox önəmli hadisələr baş verdi. 31 cavanımızı şəhid verdik. Yaralılarımız var. Bu cavanlar biz burada rahat çay içək, işimizi görək deyə öz canlarından keçirlər.

Mən klubu ziyarət etdim və bildirdim ki, bu, bizə çox böyük məsuliyyət verir. İndiki dönəmdə Qarabağın adının futbolla yaşadılması çox əhəmiyyətlidir. Allaha şükür ki, “Qarabağ” uğurlarla davam edir. Dedim ki, biz gərək bu disiplinlə davam edək. Hesab edirəm ki, bu il Avropada oynayacağımız oyun qədər tarixdə əhəmiyyətli oyun olmayıb. Orada Avropaya, dünyaya idmançı kimi başa salmalıyıq ki, dünyada yeganə klub “Qarabağ”dır ki, bayrağı var, torpağı yoxdur. Əslində torpağı da var, sadəcə orada oynaya bilmir. Biz öz torpaqlarımızda oynamaq istəyirik.

Söz veriblər ki, yaxşı olacaq. İnşallah, oyunçularımız məsuliyyətin hamısını dərk edərək oyun sərgiləyəcəklər. Mən hesab edirəm ki, keçən il qazandığımız uğurları təkrar edə bilsək, bu il də yaxşı olacaq”.(qafqazinfo.az)


Digər xəbərlər

Xəbər xətti