Azardan "Real" açıqlaması

23:12 14 Aprel 2016

"Çelsi"nin hücumçusu Eden Azar yeni mövsümdən Madrid "Real"ında oynayacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Xəbəri təkzib edən belçikalı futbolçu "Çelsi"də qalmaq istədiyini deyib:

"Bu şayiələri kimlər yayır, bilmirəm. Ancaq doğru məlumat deyil. Hazırda "Çelsi"nin futbolçusuyam və klubla 4 illik müqaviləm var. Özümü burada çox yaxşı hiss edirəm. Tezliklə yenidən yaşıl meydanlara qayıtmaq istəyirəm".

Qeyd edək ki, 2012-ci ildən "Çelsi"də çıxış edən 25 yaşlı futbolçunun mövsümün sonunda "Real"a transfer olunacağı iddia edilir. 


Digər xəbərlər

Xəbər xətti