Boksçumuz: "Vətən uğrunda döyüşməyə hazırıq"

22:06 15 Aprel 2016

"Qazandığım vacib qələbəyə görə çox sevincliyəm. Erməni boksçu üzərində qazandığım qələbəni şəhidlərimizin əziz xatirəsinə həsr edirəm".

Sportarena.az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bunu Türkiyənin Samsun şəhərində keçirilən Avropa Təsnifat Turnirində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına 56 kq-da lisenziya qazanan Cavid Çələbiyev deyib.

Yarımfinalıda ermənistanlı Aram Avaqyanı məğlub edən C.Çələbiyev vətən uğrunda canından keçməyə hər an hazır olduğunu bildirib: "Hər birimiz Ali Baş Komandanın əmrini gözləyirik və Vətən uğrunda döyüşməyə hazırıq".

C.Çələbiyev qələbəsini hərbi salamla qeyd edib


Xəbər xətti