Güləşçimiz erməni rəqibini 51 saniyəyə məğlub edərək Rioya vəsiqə qazandı - VİDEO

16:30 16 Aprel 2016

Serbiyanın Zrenyanin şəhərində 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turniri davam edir. 

 

Sportarena.az xəbər verir ki, ikinci yarış günündə yığmamızın daha 2 üzvü Olimpiya vəsiqəsi uğrunda yarışıb. 


Sərbəst güləş yarışlarında 74 kq çəkidə mübarizə aparan pəhləvanımız Cəbrayıl Həsənov ardıcıl olaraq Moldovadan Aleksandru Burca, Polşadan Kristian Brzozovskini tam üstünlüklə məğlub edib. Yarımfinalda erməni rəqibi Suren Xaçatryanı 51 saniyə ərzində məğlub edən güləşçimiz turnirin finalına yüksəlib və Rio Olimpiadasına vəsiqəni təmin edib. 


Digər xəbərlər

Xəbər xətti