"Neftçi" "Zirə" ilə matça ciddi itki ilə çıxacaq

17:34 16 Aprel 2016

Azərbaycan Premyer Liqasının XXXI turunda doğma meydanda "Zirə" klubunu qəbul edəcək "Neftçi" bu qarşılaşmaya ciddi itki ilə çıxacaq.

 

Sportarena.az xəbər verir ki, "Neftçi" klubunun hücumçusu Ruslan Qurbanov hal-hazırda davam edən "Qarabağ"a qarşı görüşdə sarı vərəqə ilə alaraq cəzalı duruma düşüb. Bu səbəbdən hücumçu növbəti görüşü buraxmalı olacaq.


Qeyd edək ki, "Neftçi" - "Zirə" matçı aprel ayının 23-ü baş tutacaq.


Xəbər xətti