Boksçumuzdan qızıl medal

18:57 16 Aprel 2016

Türkiyənin Samsun şəhərində keçirilən Olimpiya Oyunlarına lisenziya xarakterli turnir davam edir. 


Sportarena.az xəbər verir ki, artıq turnirin final görüşləri keçirilir. 


56 kq-da mübarizə aparan idmançımız Cavid Çələbiyev final görüşündə böyük britaniyalı Qais Ashfaqı məğlub edərək çempion olub. Dünya çempionumuza qızıl medalı Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov təqdim edib.

 

Qeyd edək ki, ötən gün yarımfinalda Ermənistan təmsilçisi Aram Avaqyanı məğlub edərək finala yüksələn Cavid Çələbiyev bu ilin yayında Rio de Janeyroda keçiriləcək Olimpiya Oyunlarına lisenziya qazanıb.


Digər xəbərlər

Xəbər xətti