Muarem Muarem: "...çox peşmanam"

19:20 16 Aprel 2016

“Neftçi”nin  turnir cədvəlində aşağı pillədə qərarlaşmasına baxmayaraq, yaxşı komandadır və bizə qarşı oyunlarda həmişə güclü oyun nümayiş etdirir. Çox şükür bu matçda qalib gəldik. Yolumuza davam edirik”.


Bu sözləri Sportarena.az saytına açıqlamasında, Azərbaycan Premyer Liqasının XXX turunda “Neftçi”yə 2:1 hesabı ilə qalib gələn “Qarabağ” klubunun hücumçusu Muarem Muarem deyib.


Təcrübəli futbolçu qarşıdan gələn oyunlarda komandanın daha da əzmkar mübarizə aparıb, çempionluq yolunda uğurla addımlayacaqlarını bildirib:

“Çempionluğa yaxınlaşırıq. Amma qarşıdan hələ 6 matç var. Çalışacağıq ki, bu matçlarda uğurlu nəticələr əldə edib, layiqli çempionluq qazanaq”.


M.Muarem bir neçə gün öncə klub prezidenti Tahir Gözəlin futbolçular ilə görüşməsindən də danışıb:
“T.Gözəl bizimlə bir neçə gün öncə görüşdü. O, bizə oyunlara daha ciddi yanaşmağımızı bildirdi. Biz də bilirik ki, “Qarabağ” klubunun adının necə dəyərli olduğunu. T.Gözəl də bizə “Qarabağ” klubunun adına layiq oyun sərgiləməyimizi bildirdi”.


Klubdan bir müddət ayrılıb yenidən geri dönən futbolçu bu qərarına görə peşmən olduğunu bildirib:
“Qarabağ”dan ayrılmadan öncə özümü daha yaxşı hiss edirdim. Getdikdən sonar uzun müddət futboldan uzaq qaldım. Təbii ki, getdiyimə görə çox peşmanam. Hər insan səhv edə bilər. Amma, geri döndüm. İnşallah yenə keçmiş formamı bərpa edəcəyəm”. 


Digər xəbərlər

Xəbər xətti