Riçard Almeyda: "Həmin hərəkəti "Neftçi" azarkeşləri önündə etdim"

20:29 16 Aprel 2016

Bu gü Azərbaycan Premyer Liqasının XXX turunda “Qarabağ” səfərdə “Neftçi”yə 2:1 hesabı ilə qalib gəlib.


Matçdan sonar “Qarabağ klubunun yarımmüdafiəçisi Riçard Almeyda Sportarena.az saytına müsahibə verib.

-    Oyun haqqında fikirlərin…
-    Bilirik ki, “Qarabağ”la “Neftçi” arasında matç çox gərgin keçir. Bu oyunların heç biri asan olmur.  Birinci hissədə istər-istəməz tələsirdik qol vurmaq üçün. Bu səbəbdən topu özümüzdə çox saxlaya bilmirdik. Amma, ikinci hissədə topla daha yaxşı davranmağa başladıq və istədiyimiz nəticəni əldə etdik.
-    Sarı vərəqə alaraq cəzalı duruma düşdün və qarşıdakı oyunu buraxacaqsan...
-    Eyni səbəbdən bu görüşdə Madera Migel oynamırdı. Növbəti görüşdə də mən oynamayacağam (gülür). Amma komandada məni əvəzləyəcək yetəri qədər oyunçu var.

 

-    Reynaldo qol vurduqda sən daha çox sevindin. Bunun səbəbi nə idi?
-    Təbii ki, bu Reynaldoya görə idi. Çünki, o, uzun müddət yaşıl meydanlardan kənarda qalmışdı. Artıq o, yenidən bizim aramıza qayıdıb. O, qısa müddət ərzində əvvəlki formasını bərpa etməyə çalışır. Oyunlarda qol vurması bizi sevindirir. Bu səbəbdən də, o, hər oyunda qol vurduqda bizi bir komanda olaraq sevindirir.
 

-    Premyer Liqada demək olar ki, sizə güclü müqavimət göstərən komanda yoxdur. Bu sizin oyunlarınıza necə təsir edir?
-    Yox, deməzdim ki, müqavimət göstərmirlər. Bir çox komanda bizə çətinliklər yaradır, amma bizim komandada ruh yüksəkliyi var. Baş məşqçi bizi həmişə düzgün şəkildə motivasiya edir və heç vaxt məğlubiyyətlə barışmır. Q.Qurbanov bizdən həmişə həm bir insan kimi, həm də bir idmançı kimi ən yaxşısını tələb edir. Bu səbəbdən bizim oyunumuz həmişə yaxşı alınır və uğurlar qazanırıq.
 

-    Cəzalanaraq sarı vərəqə almağını indi normal qarşılasan da, meydanda buna çox aqressiv reaksiya verdin. Hətta hakimə qeyri-etik hərəkət etdiyin də göründü...
-    Əslində həmin hərəkəti “Neftçi” azarkeşləri önündə etdim. Qol sevincimi bölüşərkən bir qədər çığınlığa yol verdim. Həmin anda “Neftçi”nin qapıçısı Aqil Məmmədov arasında bir az gərginlik yarandı. Səhv məndə idi. Sarı vərəqə almağıma baxmayaraq hakimdən və A.Məmmədovdan üzr istədim. “Neftçi” azarkeşlərinin qarşısında qol vurduqdan sonra belə hərəkət etmək lazım deyildi. Amma tüpürməmişəm.


Digər xəbərlər

Xəbər xətti