"Qalatasaray" uğursuzluq zolağından çıxa bilmir: yenə məğlub oldular

22:09 16 Aprel 2016

Türkiyə Super Liqasında 29-cu turun oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, uğursuzluq zolağından çıxa bilməyən "Qalatasaray" səfərdə "Antalyaspor"un qonağı olub. Gərgin keçən matçda "aslanlar" yenə məğlub olublar. 4:2 hesablı qələbə qazanan meydan sahibləri "Qalatasaray"ı əliboş yola salıblar.
Qeyd edək ki, 29 turdan sonra aktivində 41 xal olan "Qalatasaray" 7-ci pillədə qərarlaşıb.


Xəbər xətti