Olimpiadaya vəsiqə verən Avropa təsnifat turnirində son gün

10:29 17 Aprel 2016

Serbiyanın Zrenyanin şəhərində 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turniri davam edir. 

 

Sportarena.az xəbər verir ki, son yarış günündə daha iki güləşçimiz - 69 kiloqram çəki dərəcəsində olan qadın pəhləvanımız Elis Manolova və 98 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Şalva Qadabadze Olimpiya vəsiqəsi uğrunda yarışacaq.

 

Xatırladaq ki, turnirin finalına yüksələn hər bir güləşçi Olimpiadaya vəsiqəni təmin edir.

 

69 kq (qadın)
1/8 final - Elis Manolova - Aqnieszka Jadviqa Vieszczek-Kordus (POL)

98 kq (yunan-Roma)
1/8 final - Şalva Qadabadze - Ardo Arusaar (EST) 


Digər xəbərlər

Xəbər xətti