"Zirə" və AZAL doğma meydanda qələbə qazandı - YENİLƏNİB

20:55 17 Aprel 2016

Bu gün Azərbaycan Premyer Liqasında XXX tura yekun vurulacaq.

 

Sportarena.az xəbər verir ki, turun son oyun günündə 2 qarşılaşma baş tutacaq.

 

Günə "Zirə" - "Xəzər Lənkəran" matçı ilə start veriləcək. Tarixi ərzində ən uğursuz dövrünü yaşayan "Xəzər Lənkəran" bu matça da böyük ümidlərlə çıxacaq. Premyer Liqanın debütantı olan "Zirə" bu matçın da favoriti hesab olunur. Aralarında gerçəkləşən 3 matçın hər birində qələbə qazanan "Zirə" klubu, bu gün var gücü ilə mübarizə aparıb qələbə qazanmağa çalışacaq.

 

Turun və günün son matçı isə AZAL-la "Sumqayıt" arasında keçiriləcək. Matç saat 19:00-da "AZAL Arena"da start götürəcək.

 

17 aprel (bazar)

Azərbaycan Premyer Liqası, 30-cu tur

 

16:30. “Zirə” – “Xəzər Lənkəran”  1:0

Qol:  Nelson Bonilla, 63, (1:0)

Hakimlər: Rəvan Həmzəzadə, Munis Abdullayev, Vüsal Qənbərov, Rəhim Həsənov
Zirə İdman Kompleksinin stadionu.

 

 

19:00. AZAL – “Sumqayıt” 1:0

Qol:  Tural Hümbətov, 39, (1:0)
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Azər Əsgərov, Ramil Əhmədov
“AZAL Arena”.


Xəbər xətti