Adil Şükürovdan qələbə şərhi

18:45 17 Aprel 2016

"Biz bu gün çempionatda ən zəif oyunumuzu oynadıq. Baxmayaraq ki, qalib gəldik amma komandanın oyunundan razı qalmadım. Belə bir oyun bizim komandaya yaraşmır. Qarşıda bizi çətin oyunlar gözləyir. Çalışacağıq ki, qarşıdan gələn matçlarda yaxşı oyun sərgiləyək və uğurlu nəticələr əldə edək".


Sportarena.az xəbər verir ki, bu sözləri Premyer Liqamızın XXX turunda "Xəzər Lənkəran"a qalib gələn "Zirə" klubunun baş məşqçisi Adil Şükürov deyib.


Baş məşqçi əvəzlənmələrin komandanın oyununa təsir etdiyini də vurğulayıb:

"Bugünkü oyunumuzda həmişəki süjet yox idi. İlk hissədən sonra etdiyim iki dəyişiklik oyuna çox təsir etdi. Matç daha da sürətləndi. Amma yenə də qeyd edim ki, komanda olaraq bu gün çox zəif oynadıq".


Xəbər xətti