Samir Abbasov: "Nə itiriləsi, nə də qazanılası heç nə qalmayıb"

21:26 17 Aprel 2016

Bu gün Azərbaycan Premyer Liqasında XXX turun son matçında AZAL doğma meydanda “Sumqayıt” klubunu 1:0 hesabı ilə məğlub edib.


Sportarena.az xəbər verir ki, matçdan sonra “kimyaçılar”ın baş məşqçisi Samir Abbasov “CBC Sport” telekanalına oyunla bağlı açıqlamasında bunları bildirib:

“AZAL-ı təbrik edirəm. Deyiləsi bir şey yoxdur. Komandama da oyuna görə təşəkkürümü bildirirəm. Hər iki komanda gözəl oyun nümayiş elədi. AZAL nəticəyə oynadı və qələbə qazandı.

 

Bilmirəm nə deyim. Bundan sonra nə itiriləsi, nə də qazanılası heç nə qalmayıb. Hər oyuna qələbə üçün çıxırıq. Amma əldə edə bilmirik. Fikirləşirik ki, onsuz da itiriləsi heç nə  yoxdur, ən azından azarkeşlərimizə gözəl oyun nümayiş edək. 

 

Oyuna gəlincə, ilk hissədə daha yaxşı oynadıq. İkinci hissədə isə bir az tələsdik, epizodlar yaratdıq, amma vura bilmədik. Mən bilmirəm bu komandaya necə qol vuraq. İnşallah, gələcəkdə bunun bir yolunu taparıq”.


Xəbər xətti