İdmançılarımızdan Avropa çempionatında 11 qızıl, 2 gümüş və 2 bürünc medal

17:33 18 Aprel 2016

Ukraynanın Xarkov şəhərində döyüş sənətləri üzrə Avropa çempionatı keçirilib.


Sportarena.az xəbər verir ki, 23 Avropa ölkəsindən 500-ə yaxın idmançının qatıldığı çempionatda Azərbaycanın Şaolin Döyüş Sənəti Federasiyasının üzvləri də iştirak edib. Turnirin keçirildiyi hər iki gün millimiz üçün uğurlu olub. Komandamıza ilk qızıl medalı professional döyüşlər üzrə Nizami Mollayev , tao lu döyüşü üzrə isə Tofiq Abışlı qazandırıb.


Beləliklə Nizami Mollayev 1 qızıl, Malik Əliyev 1 qızıl, 1 bürünc, Tofiq Abışlı 2 qızıl, 1 gümüş, Əlibəy Əlizadə 1 qızıl, Fərhad Ədilov 1 qızıl, Turan Qulamzadə 1 qızıl, Emil Mirzəyev 1 qızıl, 1 bürünc, Əzizbəy Qasımov 1 qızıl, Firuz Məmmədov 1 qızıl, Kənan Cəfərli 1 gümüş və Nail Hüseynov 1 qızıl medal qazanıblar. İdmançılarımız çempionatda ümumilikdə 11 qızıl, 2 gümüş, 2 bürünc medala sahib olublar.


Beləliklə, Azərbaycan yığması komanda hesabında qızıl medalı sayına görə ilk pillədə qərarlaşıb.

 

Millimiz aprelin 21-i vətənə dönəcək. 


Xəbər xətti