"Neftçi" çempion oldu

18:55 18 Aprel 2016

“Neftçi”nin U-17 komandası Bakcell U-17 liqasının qalibi olub. 


Sportarena.az klubun rəsmi "facebook" səhifəsinə istinadən xəbər verir ki, komanda sona bir tur qalmış “Bakı” klubunu 5:2 hesabı ilə məğlub etməklə çempionluğu rəsmiləşdirib. 


Qeyd edək ki, 17 yaşlı futbolçulardan ibarət komandanın  5 üzvü klubun əvəzedici heyətində də çıxış edir və onlar gələn ay Bakıda keçiriləcək Avropa çempionatında Azərbaycan yığmasının da şərəfini qoruyacaqlar.


Xatırladaq ki, “Neftçi”nin U-17 komandası sonuncu dəfə 2008/2009-ci illər mövsümündə ölkə çempionu olmuşdu.


Xəbər xətti