"Bakı" klubunun 6 xalı silindi

12:59 19 Aprel 2016

I Divizionda çıxış edən "Bakı" klubunun aktivindən 6 xal silinib.

 

Sportarena.az xəbər verir ki, FIFA AFFA-ya məktub ünvanlayaraq FIFA-nın Nizam-İntizam Komitəsinin “Bakı” klubu haqqında qərar qəbul etdiyini bildirib. Belə ki, “Bakı” klubu ilə həmin klubda çıxış etmiş futbolçu Marius Pena arasında bağlanmış müqavilə şərtlərinə riayət olunmaması səbəbindən klubun cari mövsüm aktivliyindən 6 xal silinməsini tələb edib.

Yuxarıda göstərilənləri nəzərə alaraq AFFA-nın İntizam Komitəsi “Bakı”nın 6 xalını silməyə qərar verib.


Qeyd edək ki, cari mövsüm ərzində “Bakı”nın aktivindən bir dəfə 6, bir dəfə isə 3 xal silinib. Hal-hazırda klub 8 xalla sonuncu pillədədir.


Digər xəbərlər

Xəbər xətti