"Borussiya"da ciddi itki

21:48 19 Aprel 2016

"Borussiya"nın futbolçusu Pyer-Emerik Obameyanq zədələnib.

 

Sportarena.az xəbər verir ki, futbolçu komandanın məşqində zədələnib və meydanı tərk edib. Onun sabah Almaniya kubokunun yarımfinalındakeçiriləcək "Herta"ya qarşı matçda forma geyinməyəcəyi gözlənilir.


Qeyd edək ki, futbolçu cari mövsüm Bundesliqada çıxdıqı 28 oyunda 23 qol vurub  və 5 asist ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti