Bakı Su İdmanı Sarayı məşqçilər üçün seminar təşkil edir

22:29 19 Aprel 2016

Gənclər və İdman Nazirliyinin (GİN) təşkilatçılığı ilə Bakı Su İdmanı Sarayında Azərbaycanın müxtəlif bölgələrindən olan məşqçilərin peşəkarlığının artırılması ilə bağlı seminar keçirilir.

Aprelin 20-dək davam edəcək seminar beynəlxalq dərəcəli məşqçi, britaniyalı Devid Hovatson tərəfindən aparılır.

Seminarda müxtəlif idman mərkəzlərində fəaliyyət göstərən 35 məşqçi iştirak edir.


Xəbər xətti