Ronaldo və Messinin transfer qiymətləri nə qədərdir?

22:49 19 Aprel 2016

Valensiyanın Politexnik Universiteti Lionel Messi ("Barselona") və Kriştiano Ronaldonun ("Real") transfer dəyəri ilə bağlı araşdırma aparıb.

"Marca"nın verdiyi xəbərə görə, tədqiqat nəticəsində Messi 141 milyon avro, Ronaldo isə 101 milyon avro ilə qiymətləndirilib.

Tədqiqat çərçivəsində futbolçuların ötən mövsümkü göstəriciləri nəzərə alınıb. Bura futbolçuların oyunlara təsiri, onların liderlik keyfiyyətləri, sarı vərəqə, həmçinin marketinq məlumatları daxildi.

Messi bu mövsüm La Liqada 28 oyuna 23 qol vurub, 11 məhsuldar ötürmə ilə yadda qalıb. Ronaldo isə 33 matça 31 dəfə rəqib qapısına yol tapıb, 11 məhsuldar ötürmə verib.


Digər xəbərlər

Xəbər xətti