Azərbaycan klubu tarix yazdı

23:48 19 Aprel 2016

Cənubi Azərbaycanın "Traktorsazi" klubuAsiya Çempionlar Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
Sportarena.az xəbər verir ki, Təbriz klubu səfərdə Səudiyyə Ərəbistanının "Əl Hilal" klubuyla qarşılaşıb.
İlk hissəsi qolsuz başa çatan matçın ikinci yarısında 2 dəfə rəqib qapısına yol tapan təbrizlilər qrupun 5-ci oyununda da qələbə qazanaraq sona bir tur qalmış qrup liderliyini təmin edib. Bununla da, komanda tarixində ilk dəfə Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanıb. Asiya Çempionlar Liqası, 5-ci tur
C qrupu
"Əl Hilal" - "Traktorsazi" 0:2
Qol:
Nonq, 66. Hatami, 82.

 


Xəbər xətti