Bədii gimnastlarımız beynəlxalq turniri iki qızıl və bir gümüş medal qazanıblar

01:07 20 Aprel 2016

Azərbaycanın gənc bədii gimnastları Polşanın Rumiya şəhərində keçirilən dördüncü “Baltic Cup” beynəlxalq turnirində iki qızıl və bir gümüş medal qazanıblar.

Sportarena.az xəbər verir ki, yarışlarda ölkəmiz üç yaş qrupunda təmsil olunub.

Gənclər yaş kateqoriyasında (2002-2001-ci il təvəllüdlülər) çıxış edən İlahə Məmmədova çoxnövçülük yarışında qızıl medal qazanıb. Digər gimnast Veronika Hudis isə eyni yaş qrupunda beşinci yerdə qərarlaşdı. Tamaşaçıların rəğbətini qazanan V.Hudis “Miss Simpatiya” nominasiyasında xüsusi mükafata layiq görülüb.

Turnirdə 2003-cü il təvəllüdlü gimnastların mübarizəsində Dərya Farşbafşəhriyari və Yelizaveta Luzan dörd çıxışın yekununa əsasən, müvafiq olaraq 4-cü və 8-ci olublar.

Yeniyetmələrin yaş qrupunda (2004-2005-ci il təvəllüdlülər) çoxnövçülük yarışında Arzu Cəlilova komandamıza qızıl medal qazandırıb. Nərminə Səmədova isə bu yaş qrupunda gümüş medalla kifayətlənməli olub.(azərtac)


Digər xəbərlər

Xəbər xətti